“Naxçıvana və Tehrandakı səfirliyə hücum məzmunca eynidir” 

21:34 05.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aktyor Kamran Ağabaleyev sosial şəbəkədə etdiyi paylaşımda bu gün Naxçıvana edilən hücumla 3 il əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu müqayisə edib.

Hafta.az xəbər verir ki, aktyor hər iki hadisəni məzmun etibarilə təcavüz aktı kimi qiymətləndirib:

"Naxçıvana və Tehrandakı səfirliyimizə edilən hücum məzmunca eynidir. Hər ikisi təcavüz aktıdır. Bunları hansı qüvvələr edir, bilərəkdən, yoxsa səhvən, bu ayrı məsələdir. Əsas olan təcavüzün baş verməsidir. Necə ki, səfirliyə hücum edənə qarşı ciddi tədbir görüldü, bugünkü hücum haqda da cavab verilməlidir. İki qonşu ölkə arasında gərginlik yaratmaq yalnız iki ölkənin düşmənlərinin istəyi ola bilər".